“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihənin icrasına başlayıb.
Layihənin icrası 01 fevral – 30 aprel tarixlərində Masallı, Cəlilabad, Salyan, Balakən və Zaqatala rayonlarında həyata keçiriləcək.
Layihənin məqsədi yeniyetmə və gənclərimizi bəşəri bir bəla olan narkomaniyadan uzaq durmağa, onun fəsadları haqqında geniş məlumat verməkdən ibarətdir.
