|
Gürcüstanda daha 25 161 nəfərdə koronavirus aşkarlanıb - 51 nəfər ölüb

Gürcüstanda son sutkada daha 25 161 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 51 pasiyent ölüb.

Cia.az-in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 16 789 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 375 615 nəfərdə aşkarlanıb. Onların 1 141 231-i sağalıb, 15 351-i isə vəfat edib.