|
“Milan“ Teo ilə müqaviləni yeniləyəcək

"Milan" futbolçusu Teo Hernandeslə müqaviləsini yeniləməyə hazırlaşır. 

Cia.az "Qol"a istinadla xəbər verir ki, tərəflər yaxında sözləşməni 2026-cı ilin yayınadək uzadacaqlar.

Yeni müqaviləyə əsasən, 24 yaşlı müdafiəçi illik 4,5 milyon avro maaş alacaq. Bu, əvvəlki sözləşmə ilə müqayisədə 3 dəfə çox məbləğdir. Oyunçunun hazırkı müqaviləsi isə 2024-cü ilin yayına qədərdir. 

Qeyd edək ki, Teo bu mövsüm 20 matçda 4 qol vurub və 5 qolun ötürməsini verib.