|
Gəncədə itlərin güllələnməsi ilə bağlı polis araşdırmalara başladı

Gəncə şəhərində sahibsiz itlərin güllələnməsi ilə bağlı məsələ nəzarətə götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, faktla bağlı araşdırmalar başlanılıb.

"Məsələ nəzarətə götürülüb, araşdırma aparılır, tezliklə araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", - deyə E.Qasımov qeyd edib.