|
Neft bahalaşdı! 2014-cü ildən sonra ilk dəfə

Cia.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, neftin qiyməti artmağa davam edir. Londonun ICE birjasında bu gün keçirilən hərracda 2014-cü ilin oktyabrından bəri ilk dəfə “Brent” markalı neftin qiyməti bir barrel üçün 93 dollardan baha, 93,05 dollara satılıb.