|
“Mənim binam yoxdur”

Millət vəkili Ayaz Orucov mətbuatda ona məxsus olduğu bildirilən binanın sökülməsinə münasibət bildirib.

A. Orucov “Qafqazinfo” ya açıqlamasında bunları deyib:

“Mənə məxsus olan bina yoxdur. Milli Məclisin deputatıyam. Başqa fəaliyyət növüm yoxdur. Mənim binam var?”

Qeyd edək ki, bu gün modern.az saytında Koroğlu metrosunun yaxınlığında deputat Ayaz Orucova məxsus olduğu bildirilən binanın sökülməsi barədə xəbər dərc olunub.