|
Qaxda 57 yaşlı kişi itkin düşüb

Qaxda 57 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Məlumata görə, Qax rayonunun Qaxbaş kənd sakini 57 yaşlı Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 155 sm, arıq bədən quruluşlu, saçlarının rəngi sarımtıl, gözləri qəhvəyidir. Evdən çıxarkən üzərində qara rəngli şalvar, gödəkçə və ayaqqabı  olub.

Həmin şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)255-23-52 şəhər və (077) 304-54-44 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.