|
Rəqsanə Aygünün sözündən nəticə çıxardı - Yenə əməliyyat olunacaq

Rəqsanə İsmayılova yenidən cərrah masasına uzanacaq.

Cia.az xəbər verir ki, ifaçı bu barədə "Xəzər" telekanalında yayımlanan “Şourum” proqramında deyib.

O, üzündə əməliyyat keçirəcəyini qeyd edib:

"Üzümdəki gellərlə bağlı əməliyyat olunacam. Həmçinin, əməliyyatda çəkiliş olacaq. Səhv etmirəmsə, bir neçə il əvvəl Aygün Kazımova əməliyyatından klip hazırlatmışdı. Məndə də belə olacaq, hər şeyi görəcəksiniz. Başqa heç nə etdirməyəcəm. "Lapet" qoydurmayacam, indi dəbdir. Hamı bir-birinə oxşayır".