|
"ABŞ Suriyada İŞİD-in rəhbərini məhv edib" -

ABŞ Prezidenti Co Bayden Suriyada İŞİD terror təşkilatının liderinin məhv edildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İdlib vilayətində keçirilən əməliyyat zamanı İŞİD-in 2019-cu ildən lideri sayılan Əbu İbrahim Əl-Qureyşinin öldürlüdüyü açıqlanıb.

Xatırladaq ki, bundan öncə Pentaqon Suriyanın şimal-qərbində antiterror əməliyyatının keçirilməsi barədə açıqlama yayıb.