Paytaxtdakı 26 nömrəli tam orta məktəbdə distant təhsilin müddəti uzadılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, 26 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 28-dən distant təhsil formasında davam etdirilir. Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 26 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.
