|
Bakıda daha bir QULDURLUQ: Boğazına ip dolayıb...

Sabunçu rayonu, Nardaran qəsəbə sakini Elsevər Məmmədovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində əyləşən 3 nəfər onun boğazına ip dolayaraq, həmçinin bıçaqla hədələyərək pul verməsini tələb ediblər.

Cia.az-ın məlumatına görə, boğulduğunu görən sürücü üstündə olan bütün pulları onlara verib. Hadisəni törədənlər qaçıblar.

Onların saxlanılaraq istintaq təhvil verilməsi üçün axtarışlar davam etdirilir.