|
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi işdən çıxdı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov vəzifəsindən ayrılıb.

 

Cia.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, mədəniyyət sahəsində 15 ildir çalışır və artıq fəaliyyətini bitirməyə qərar verib.

Qeyd edək ki, C.Məlikov 2018-ci ildən bu vəzifədə çalışırdı.