|
Azərbaycanda qanunsuz ov edən ərəblər ölkədən deportasiya edilib

 

 

“2021 il Azərbaycanda qanunsuz ov edən 37 əcnəbi cərimələnib”.

Cia.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

 

Onun sözlərinə görə, həmin şəxslərin əksəriyyəti Körfəz ölkələrindən gələnlər olub.

O qeyd edib ki, qanunsuz ov edən bir neçə əcnəbi ölkədən deportasiya edilib.

H.Əlizadə əlavə edib ki, Azərbaycan Təbiət və Ov Turizm Assosiasiyası qeydiyyatdan keçib: 

“Həmin təşkilat bizimlə əməkdaşlıq edəcək. Onlardan gözləntilərimiz çoxdur”.