“Ötən il şəhid ailələrinə və müharibə əlillərinə 3000 mənzil və fərdi ev verilib”.
Cia.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bu rəqəm 934 olub:
“Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verildi. 2021-ci ildə bu rəqəm 3000 təşkil edib”.
O qeyd edib ki, indiyə kimi 7400 nəfərdən çox şəxs avtomobillə təmin olunub: “Bu ildə də bu istiqamətdə işlər davam etdiriləcək”.
