|
Ermənistan parlamentinin yeni sədri

Xəbər verdiyimiz kimi, Ermənistanın istefa verən Prezidenti Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verilib. Ölkə parlamentinin sədri Alen Simonyan müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edəcək.

Cia.az-ın “Sputnik Ermənistan”a istinadən məlumatına görə, bu səbəbdən də parlamentin vitse-spikeri Akop Arşakyan parlamentin sədri vəzifəsini icra edəcək.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-ü istefa verdiyini açıqlayıb. O, bir həftə ərzində istefasını geri götürə bilərdi.

Ermənistan Konstitusiyasına əsasən, ölkədə növbədənkənar prezident seçkiləri fevral ayının ortalarında keçirilə bilər. Prezidenti 7 il müddətinə millət vəkilləri seçəcəklər.