|
“Topçular”ın ulduz hücumçusu “Barselona”da

 

 

İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” klubu qabonlu futbolçu Pyer-Emerik Obameyanqın transferi ilə bağlı şifahi razılığa gəliblər.

 

İlkin məlumata görə, futbolçu “Barselona”ya azad agent statusunda keçəcək.

32 yaşlı forvard cari mövsümün sonunadək “Barselona”da hər həftəsinə görə 5 min avro maaş alacaq. Gələcəkdə futbolçu müqaviləni uzatmaq qərarına gəlsə, onun məvacibinin daha yüksək olacağı bildirilir.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq bu mövsüm “Arsenal”da 14 oyun keçirib və yalnız 4 qol vurub. O daha sonra intizamsızlığına görə kapitanlıq sarğısından məhrum edilib.

Mənbə: Mundo Deportivo