|
Şabran sakinindən iki ədəd silah aşkarlandı

 

Şabran rayon sakini Mustafa Məmmədov qanunsuz silahlar saxladığına görə Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Cia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsdən iki ədəd 12 kalibrli və 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı RPŞ-də araşdırma aparılır.