Almaniyanın qərbində Kusel rayonunda iki polis əməkdaşı güllələnib.
Cia.az-ın DW-yə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları post-patrul xidmətində olarkən güllələnib.
Aldıqları güllə yaralarından 29 yaşlı (kişi) və 24 yaşlı (qadın) polis əməkdaşları həlak olub
Atışma səhər saat 04:20 radələrində Kreisstrasse 22 ünvanında baş verib.
Polisin yaydığı məlumatda bildirlib ki, hadisəni törədib qaçan cinayətkarların axtarışı davam edir. "Cinayətkar(lar)ın və istifadə etdikləri avtomobilin təsviri mövcud deyil. Onların qaçdığı istiqamət məlum deyil", polis bildirib.
