|
Gürcüstanda koronavirusa yoluxanların sayı 1 162 773 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 17 265 yoluxma halı qeydə alınıb, 34 nəfər ölüb.

Cia.az-in yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 162 773, ölənlərin sayı isə 14 945 nəfərə çatıb. Virusa yoluxanlardan 1 001 725 nəfərin sağaldığı bildirilib.