|
Övladı koronavirusa yoluxdu, özünü təcrid etdi

Kanadanın Baş naziri Castin Trüdo özünü ətrafdan təcrid edib.

Cia.az xəbər verir ki, buna səbəb onun övladlarından birinin koronavirusa yoluxmasıdır. 

 

C.Trüdonun 3 övladı var və uşaqlardan məhz hansının yoluxduğu qeyd olunmayıb. 

Trüdo bu xəbərin ardından karantin rejiminə keçib və bu səbəbdən də yanvarın 31-i parlamentin bu il üçün ilk iclasına videokonfrans formatında qatılacaq.