|
Mikroçip çatışmazlığı ABŞ-a 240 mlrd. dollara başa gəlib

Ötən il sənayedə mikroçiplərin çatışmazlığı səbəbindən ABŞ iqtisadiyyatı 240 mlrd. dollar itirib.

Cia.az-ın "CBS News"a istinadən verdiyi məlumata görə, çiplərin tədarükündə fasilələr ilk növbədə müxtəlif elektron sistemlərin istehsalı üzrə ixtisaslaşmış şirkətlərin gəlirlərinə təsir göstərib.

 

ABŞ-da mikroçip çatışmazlığı əsasən avtomobil sənayesini ləngidib. Belə ki, ölkənin nəhəng avtomobil istehsalçısı "Ford Motor Company" mikroçip təchizatı çatışmazlığı səbəbindən təxminən 210 mlrd. dollar itirib.