"Eks-prezident Mixeil Saakaşvilinin əfvi Gürcüstandakı vəziyyəti yalnız pisləşdirəcək". Cia.az-in yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili jurnalistlərlə görüşdə deyib.
"Əminəm ki, Saakaşvilinin əfv edilməsi Gürcüstanda qütbləşmənin aradan qaldırılmasına deyil, dərinləşməsinə səbəb olacaq", - dövlət başçısı qeyd edib.
S.Zurabişvilinin sözlərinə görə, sabiq prezidentin Gürüstana dönməsi qütbləşməyə aparan addımlardan biri olub: "Mən əlavə qütbləşməyə gətirib çıxaracaq heç nə etməyəcəyəm".
