|
Gəncədə 38 yaşlı qadın dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

 

Cia.az xəbər verir ki, hadisə şəhərin Həsrət Əliyev qardaşları küçəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Aynurə Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilib.

İlkin məlumata görə A.Məmmədova dəm qazından zəhərlənib.