|
Qoruğa qanunsuz daxil olanlar saxlanıldı

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun mühafizə rejimini pozan şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Cia.az-a bildirib ki, araşdırma zamanı qanun pozucularının Daşkəsən rayon sakinləri Elnur Şadiyev və Mirzəli Orucov olduqları müəyyən edilib.

Mühafizə rejimini pozan təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb