|
"Sənaye zonalarına əlavə 370 mln manatdan çox investisiya yatırılacaq" -

Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 milyard manat, o cümlədən, 2021-ci il üzrə 247,7 milyon manat investisiya yatırılıb, 9 700-dən çox iş yeri yaradılıb.

Cia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

"Mövcud layihələr üzrə əlavə olaraq 370 milyon manatdan çox investisiyanın yatırılması və 2 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur", - nazir qeyd edib.