|
Ukraynada dəhşət: Əsgər qətliam törətdi -

Ukraynanın Dnepr şəhərində raketlərin istehsal olunduğu fabrikdə qətliam törədilib.

Cia.az xəbər verir ki, hərbçi təhlükəsizlik əməkdaşlarına atəş açıb. Nəticədə 5 nəfər həlak olub. 5 nəfər yaralanıb. Hadisəni törədən 20 yaşlı əsgər ərazidən qaçıb.

Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hərbçinin axtarışları davam edir.