|
Təyyar Eyvazov: “Yoluxanların hansı ştammla xəstələnməsi əhəmiyyətli məsələ deyil”

 

“Bir neçə həftə ərzində “Omikron” ştammının sürətlə yayılaraq koronavirusun digər növlərini sıxışdırdığı müşahidə edilir. Bu gün “Omikron” daha çox yayılıb”.

Cia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Təyyar Eyvazov deyib.

 

Onun sözlərinə görə, artıq koronavirusa yoluxanların hansı ştammla xəstələnməsi əhəmiyyətli məsələ deyil:

“Ona görə ki, yoluxanların 90 %-in üzərində “Omikron”la əlaqəli olduğundan virusun hansı növ olmasının elə də önəmi yoxdur. Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir”.

Həkim qeyd edir ki, uşaqlar da bu xəstəliyi eyni cür keçirirlər:

“Məktəblilər arasında eyni simptomlarla xəstələnən uşaqlar müşahidə edildi. Bu mövsümi infeksiyalar da ola bilər. Mətbuatda bunun işıqlandırılması və mövcud dövrdə hər kəsin diqqətinin bu ştammda olması da bir qədər narahatlıq yarada bilir”.