|
İstanbulun qarla imtahanı davam edir: Bəzi sürücülər 33 saatdır yolda qalıb

 

 

Türkiyənin İstanbul şəhərinə yağan güclü qar səbəbiylə dünəndən çox sayda insan Hadımköydə yolda qalıb.

 

Minik avtomobilləri, mikroavtobus, yük maşını kimi bir çox nəqliyyat vasitələri saatlarla yolda gözləyir: bəzilərinin 33 saata qədər yolda qaldıqları bildirilir. Bir çox avtomobil tamamilə qarla örtülüb.

Nəqliyyat vasitələrinin sıxlığı səbəbindən tuneldə uzun növbələr yaranıb.

 

Mənbə: TRT Haber