|
Azərbaycanlı Kanada millisinə baş məşqçi təyin edildi

Azərbaycanlı məşqçi Elnur Qəmbərov Kanadanın yeniyetmələrdən ibarət futzal millisinin baş məşqçisi təyin edilib.

Bu barədə Kanada Milli Futzal Assosiasiyasının “Facebook” hesabında paylaşım edilib.

“Xoş gəldin, Elnur”, - deyə paylaşımda yeni təyinat elan olunub.