|
Bakıda kişi sərxoş vəziyyətdə dənizə düşüb

Yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb.

Bu barədə Cia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib.

Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.