|
Neftçalada yeni doğulmuş körpə meyiti tapılıb

Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində yeni doğulmuş körpə meyit aşkar edilib.

Cia.az-in Mil-Muğan bürosunun məlumatına görə, onun kim tərəfindən atıldığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Neftçala Rayon Prokurorluğu tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilir.