|
Ağcabədidə intiharın qarşısı alındı

Xilasedicilər intihara cəhd edən şəxsi fikrindən daşındırıb.

Yenisabah.az xəbər verir ki, rayonun Hindarx sakini 1995-ci il təvəllüdlü Savalanov Tural Elzamin oğlu intihara cəhd edib. 

Hadisəyə şahid olan kənd sakinləri bu barədə FHN-nin Qarabağ Regional Mərkəzinə xəbər verib. Hadisə yerinə gələn xilasedicilər T.Savalanovu intihar etməsinin qarşısını alıb. T.Savalanov ilkin ifadəsində elektrik enerjisinin kəsildiyi üçün intihar etmək istədiyini deyib.

Faktla bağlı araşdırma başlanıb./APA