|
Vilayət Eyvazov DYP rəisinin müavinini təqaüdə göndərib

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımov təqaüdə göndərilib.

Cia.az-in əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.