|
Bakıda uşaqlarını görməyə gedən şəxs döyülərək öldürüldü

Bakıda uşaqlarını görmək istəyən şəxs döyülərək öldürülüb.

Cia.az xəbər verir ki, bu barədə oxu.az-a mərhumun qardaşı Elşən Atakişiyev məlumat verib.

O bildirib ki, qardaşı bu gün vəfat edib:

“Qardaşım - 1979-cu il təvəllüdlü Atakişiyev Ramil Mobil oğlu yanvarın 19-da uşaqlarını görmək üçün keçmiş həyat yoldaşının evinə gedib. Orada isə naməlum şəxs tərəfindən döyülüb.

O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb”.