|
Biləsuvar rayon sakini dəm qazından boğularaq ölüb.

Biləsuvar rayon sakini dəm qazından boğularaq ölüb.

Cia.az-in Muğan bürosunun məlumatına görə, hadisə Səmədabad kəndində qeydə alınıb. Belə ki, 19 yaşlı Əliyeva Rəmsudə Süleyman qızı yaşadığı evdə, hamamda dəm qazından boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.