|
Yunanıstan klubunun istədiyi azərbaycanlı futbolçu “Səbail”də qaldı

“Səbail” klubu futbolçusu Turan Manafovla yeni müqavilə imzalayıb.

 

Cia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Daha əvvəl Manafovun Yunanıstanın “Olimpiakos Volos” klubuna keçəcəyi deyilirdi.