|
Komitə sədri: 2021-ci ildə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına ixrac olunub

2021-ci ildə ölkədə iqtisadi sahədə uğurların kifayət qədər əhatəli olduğunu deyib. Bildirib ki, ötən il iqtisadiyyatda 5,6 faiz, o cümlədən qeyri-neft sənayesinin 20 faizdən çox artması, qeyri-neft ixracının ilk dəfə olaraq 2,7 milyard dollara yaxın olması, büdcə gəlirlərinin proqnozdan əlavə 1,5 milyard manata yaxın icra olunması müşahidə edilib. 

Cia.az xəbər verir ki, bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında  deyib.
Komitə sədri deyib ki, 2021-ci ildə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına ixrac olunub, işğaldan azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına başlanılıb və digər mühüm iqtisadi hadisələr baş verib.