|
Cenevrədə Lavrov-Blinken görüşü başladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

 

Cia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, danışıqlar İsveçrənin Cenevrə şəhərində keçirilir.

Tərəflər təhlükəsizliyin təminatı məsələlərini müzakirə edəcəklər. Görüşdən sonra isə ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.