|
Tokayev daha bir məmuru işdən çıxardı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə nazirinin müavini Darın Tuyakovu vəzifəsindən azad edib.

 

Cia.az xəbər verir ki, bu barədə Zakon.kz məlumat yayıb.

 

Qeyd edək ki, Tuyakov bu vəzifəyə 2020-ci ilin oktyabrında təyin edilmişdi.