|
Məhkəmə Poroşenko ilə bağlı qərar verib

Ukrayna məhkəməsi eks-prezident Petro Poroşenkonun azadlıqda qalması barədə qərar verib.

Cia.az RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Kiyevin Peçersk Rayon Məhkəməsi şəxsi öhdəlik əsasında, şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim etməklə azadlıqda saxlanması barədə qərar verib.

Xatırladaq ki, eks-prezident Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunur.