|
Polis sənədsiz ov tüfənglərini müsadirə etdi

Daxili lər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan müxtəlif markalı, birinin qundağı və lüləyi kəsilmiş, ümumilikdə, 3 ədəd tüfəng aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar aparılır.