|
Saxta 100-lüklə ödəniş edən sürücü tutuldu

Yanvarın 16-da Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində yanacaq doldurmaq üçün 100 manatlıq saxta əskinas verən şəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Cia.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Zeniyev saxlanılıb.

Hazırda araşdırma aparılır.