|
Goranboyda ev yandı

Goranboyda yanğın hadisəsi baş verib.

Cia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.