|
Dağıstanda məscid yandı

Dağıstanda sahəsi 400 kvadrat metr olan məscid yanıb.

Cia.az xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 112 çağırış xidmətinə Xasavyurt rayonunda məscidin yanması barədə məlumat daxil olub. Növbətçi hissə hadisə yerinə çatanadək məscid bütövlüklə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb, heç kəs təxliyə edilməyib. Hadisənin səbəbləri araşdırılır.