|
Mühafizəçi işlədiyi teatrın şaxtasına düşdü

Gəncə şəhərində teatr binasında bədbəxt hadisə baş verib.

Cia.az xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında mühafizəçi işləyən 1998-ci il təvəllüdlü, Gədəbəy rayon sakini Cəsur Mahmudov yıxılıb.

O, mühafizəçi işlədiyi və hazırda təmiri gedən teatrın şaxtasına düşərək xəsarət alıb.

Araşdırma aparılır.