|
Renan Lodi peyvəndə görə milliyə çağırılmadı

Braziliya baş məşqçisi Tite "Atletiko"nun (Madrid) müdafiəçisi Renan Lodini Ekvador və Paraqvaya qarşı keçiriləcək Dünya Çempionatının seçmə oyunları üçün milliyə çağırmayıb.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun tam COVID-19 peyvəndi olunmamasıdır.

Ekvador ölkəyə daxil olanların tam peyvənd olunmasını tələb etdiyini açıqlayıb.

Qeyd edək ki, yanvarın 28-də Ekvadorun qonağı olacaq Braziliya millisi fevralın 2-də Paraqvayı qəbul edəcək.