|
İlham Əliyev Ukraynaya gedir

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək.

Cia.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında işgüzar görüş olacaq.

Görüşün sonunda liderlər mətbuat konfransı keçirəcək.