Yanvarın 12-si gün ərzində Novxanı, Goradil, Kürdəxanı, Mehdiabad və Pirşağı qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Cia.az-a verilən məlumata görə, buna səbəb magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləridir.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
