|
Zaqatalada sahibkarlarla görüş keçiriləcək

“Azəriqaz” İstehsalat Birliyi bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Zaqatala rayonunda təşkil olunacaq.

 

Cia.az xəbər verir ki, birliyin rəhbər şəxsləri Zaqatala şəhəri, Nizami küçəsi 9 (Mədəniyyət evinin qarşısı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaq.

“Səyyar qəbul otağı” yanvar ayının 13-ü saat 15:00-dan 17:00-a qədər sahibkarların xidmətində olacaq.