|
“Reproduktiv sağlamlıq haqqında”

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Cia.az-in əldə etdiyi məlumata görə, layihənin parlamentin Səhiyyə komitəsinin yaz sessiyasının işlər planına daxil edilməsi nəzərdə tutulub.

Belə ki, komitənin yanvarın 19-da keçiriləcək iclasında bu məsələyə baxılacaq və qərar qəbul ediləcək.

Xatırladaq ki, qanun layihəsi Milli Məclisin 2021-ci il yaz və payız sessiyasının qanunvericilik işləri planına daxil edilsə də müzakirəyə çıxarılmamışdı.